Putin Şoyqunun müavininin həbs əmrini buna görə verib
Putin Şoyqunun müavininin həbs əmrini buna görə verib
13:37 24.04.2024
Dünya
417
Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsinin əsl səbəbi dövlətə xəyanətdir.
Axar.az xəbər verir ki, “Vajnıye istorii” internet nəşri Federal Təhlükəsizlik Xidmətindəki mənbəsinə istinadən bu iddia ilə çıxış edib.
Mənbə bildirib ki, rüşvət ittihamı əslində ictimaiyyət üçündür, İvanovun tutduğu vəzifə səbəbindən rəsmi dairələr dövlətə xəyanətdən danışmaq istəmir:
“Heç kim onu korrupsiyaya görə saxlamazdı. Kremldə hamı bu barədə çoxdan bilirdi. Putin bunun məhz vətənə xəyanət məsələsi olduğuna inandıqdan sonra əmr verdi”.
Məqalədə qeyd olunub ki, Rusiya hüquq-mühafizə orqanlarının əlində uzun illərdir İvanovla bağlı kompromatlar var.
Məlumata görə, İstintaq Komitəsi tərəfindən toplanmış materiallar İvanovun “Oboronstroy”un rəhbəri kimi fəaliyyəti ilə bağlı idi:
“Rusiya Müdafiə Nazirliyi 2017-ci ildə bütün bu faktların üzə çıxmasını əngəlləyib, Sergey Şoyqu isə onun müdafiəsi üçün Hərbi Əks-Kəşfiyyat İdarəsinin keçmiş rəisi Nikolay Yuryevə zəng edib. Hazırda Hərbi Əks-Kəşfiyyat İdarəsi Timur İvanova qarşı aparılan işə aktiv dəstək verir. İndi onunla nə edəcəklərinə qərar verirlər: ya onu rüşvətə görə həbs edib həbsxanada “bitirəcəklər”, ya da ittihamı vətənə xəyanət kimi təsnif edəcəklər”.
Qeyd edək ki, Timur İvanov dünən saxlanılıb və onun haqqında xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə istintaq prosesi başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi