
Qəzzada yeni müharibənin işartıları hiss olunur - RƏY
Yusif Nəzərli
01:25 06.02.2025
Dünya
455
Benyamin Netanyahu Donald Trampı Qəzzadan fələstinlilərin köçürülməsinə razı salıb
ABŞ Prezidenti Donald Tramp İsrail, Qəzza zolağı və Səudiyyə Ərəbistanına səfər edəcək. Bu barədə Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib. Tramp bildirib ki, o, İsrailə, Qəzzaya, Səudiyyə Ərəbistanına və Yaxın Şərqdəki digər yerlərə səfər edəcək: "Yaxın Şərq inanılmaz bir yerdir, gözəl insanların olduğu həqiqətən gözəl yerlərdən biridir. Amma orada çoxlu pis liderlər var idi”.
Tramp səfərlərinin dəqiq tarixi ilə bağlı məlumat verməyib. Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, lazım gələrsə, ABŞ hökuməti Qəzzaya qoşun göndərəcək. O, ABŞ-nin Qəzzaya qoşun göndərməyə hazır olub-olmaması ilə bağlı suala "nə lazımdırsa, edəcəyik" cavabını verib. İsrailin Baş naziri Benyamin Netanyahu Trampa Hizbullah üzvlərinin partlayıcı qurğularla öldürülməsi əməliyyatını xatırlamaq üçün qızılla örtülmüş peycer hədiyyə edib. ABŞ lideri bu hədiyyəni yüksək qiymətləndirib. O vurğulayıb ki, İsrail kəşfiyyat xidməti möhtəşəm əməliyyat keçirib. Xatırladaq ki, Livanda 2024-cü ilin 17 sentyabrında peycerlərin partlaması nəticəsində 1000-ə yaxın şəxs ölüb, 4500 nəfər isə yaralanmışdı. Partlayan cihazlar Hizbullah üzvlərinə məxsus olub. Onu da əlavə edək ki, Donald Tramp fələstinlilərin Qəzzadan köçürülməsini təklif edib.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Donald Trampı Qəzzadan fələstinlilərin köçürülməsinə razı salıb. Ekspertin sözlərinə görə, məhz Netanyahunun Vaşinqtona səfəri "Qəzza planı"nın reallaşdırılmasına həsr olunub:
"Çünki HƏMAS-la bir il yarım döyüşsə də, İsrail qələbə əldə edə bilmədi. HƏMAS Qəzzada öz hərbi mövcudluğunu qoruyub saxladı. Halbuki, Netanyahu HƏMAS-ı məhv edəcəyini qeyd edirdi. HƏMAS-ın Qəzzada qalması Netanyahunun siyasi və hərbi uğursuzluğudur. Öz məğlubiyyətini Qəzzadan fələstinlilərin köçürülməsi ilə əvəzləməyi planlaşdırır. ABŞ-nin Fələstin siyasəti "iki dövlət mərhələli həll planı"nın üstündən xətt çəkir. Qəzzadan fələstinlilərin köçürülməsi yeni müharibəyə gətirib çıxara bilər. Misirdə beş ərəb ölkəsi Trampa məktub göndərərək Qəzzadan fələstinlilərin köçürülməsinin yolverilməz olduğunu qeyd edib. Türkiyə də Qəzza ilə bağlı mövqeyini ortaya qoyub. Netanyahu "iki dövlət həll planı"nı tamamilə beynəlxalq siyasi gündəmdən çıxarmağa çalışır. Amma bu, mümkün görünmür".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə