İssık-Kul vilayətində Qırğızıstan Prezidenti Sadır Japarovun həyat yoldaşı və ölkənin birinci xanım Aygül Japarovaya dəyəri 35 min dollar qiymətləndirilən xalça hədiyyə etmək istəsələr də, o, bundan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Hədiyyə bu gün VI Ümumdünya Köçəri Oyunları çərçivəsində “Köçərilər kainatı” etnoqəsəbəsinə səfəri zamanı ona təqdim olunub.
Xalça əl işidir və 4 min qiymətli daşla bəzədilib. Xalçanın müəllifi bildirib ki, əvvəlcədən bu əsəri birinci xanıma hədiyyə etməyi planlaşdırıb.
Bəyastan adlı şəxs Japarova ilə görüşmək fürsətini uzun müddət gözləyib və satışa çıxardığı xalçanı ona hədiyyə etmək istəyib. Amma birinci xanım ona təşəkkür edərək, hədiyyədən imtina edib.