Radev xəbərdarlıq etdi: Rusiya cavab zərbəsi endirəcək

Avropanın uzaqmənzilli raketləri Rusiya ərazisinə zərbələr endirəcəyi təqdirdə Moskva cavab verəcək.

Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Baş naziri Rumen Radev deyib.

“Uzaqmənzilli silahlarımız başqa bir ölkənin dərinliklərinə zərbələr endirmək üçün istifadə olunarkən nə gözləyə bilərik? Həmin ölkə kənarda dayanacaq, yoxsa cavab verəcək? Əsas sual budur”, - Radev bildirib.