
Rusiya Ermənistanı ağır cəzalandıracaq
Yusif Nəzərli
04:34 28.02.2023
Dünya
535
Aparılan işlərin nəticəsi olaraq rəsmi Bakının mövqeyi Xankəndidə kifayət qədər güclənib
Azərbaycan vətəndaşları sayılan ermənilərlə danışıqlar çoxdan gedir
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən həftənin sonu Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə rəsmi Bakı arasında görüş keçirilib. Bu görüşün Ruben Vardanyanın Bakının tələbi ilə “vəzifəsindən” çıxarılmasından sonra baş tutması xüsusilə diqqət çəkir. Görünür, təmasların qarşısını almağa çalışan Vardanyanın “vurulması” ilə proses yenidən başlayıb. Rusiya tərəfinin rəsmi məlumatında bildirilib ki, görüşdə Qarabağdakı ermənilərin elektrik və qaz təchizatının bərpasında yaranmış problemlərin aradan qaldırılması razılaşdırılıb. Ekspertlərin fikrincə, əgər Rusiya rəsmi qurumlarının iddia etdiyi kimi belə təmaslar reallaşsa belə erməni tərəfinin ortaya atdığı “Bakı-Xankəndi” formatından söhbət gedə bilməz. Rəsmi Bakı Qarabağdakı hansısa separtçı ilə deyil, ancaq Azərbaycan vətəndaşı sayılacaq mülki ermənilərlə əlaqə qurar.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatı "Şərq"ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Baş nazir Nikol Paşinyanın yürütdüyü siyasət Ermənistanı çox çətin vəziyyətə salıb. Professorun sözlərinə görə, eyni vaxtda həm ABŞ və Fransanı, həm də Rusiya və İranı razı salmaq qeyri-mümkündür:
"Hazırda Ermənistan hökumətinin yeritdiyi siyasət budur. Antoqonist mövqedə duran dövlətləri bir araya gətirmək imkansızdır. Rusiyanın siyasəti bəllidir. Moskva hesab edir ki, Qafqazın əldən çıxması Rusiyanın faciəsidir. Lakin Ukrayna ilə bir ildir müharibə aparan Rusiya ikinci cəbhəni da açmaq fikrində deyil. Bu, Kreml üçün ciddi fəlakət olar. Rusiya problemi başqa yolla çözmək məqsədilə Ruben Vardanyanı Qarabağa göndərdi və onun əliylə Paşinyan hökumətini devirəcəyinə ümid bəslədi. Ancaq Kremlin Vardanyanla bağlı arzuları reallaşmadı. Separatçı Arutyunyan Rusiya üçün kiçik və önəmsiz fiqurdur. Hazırda separatçıların arasında ən güclü fiqur Vitali Balasanyandır. O da oyundan kənar vəziyyətdədir. Ermənistan hökumətinin, yəni Nikol Paşinyanın Qarabağla bağlı düşüncəsi az-çox bəllidir. Ara-sıra separatçıların könlünü alan açıqlamalar verilsə də, baş nazirin Qarabağdan birdəfəlik qurtulmaq niyyəti ortadadır. O da məlumdur ki, Ermənistanda Azərbaycanda doğulan ermənilərə cinayət işi açılıb. Rusiya da bunun fərqindədir. Ən əsası isə hazırda Qarabağda yaşayan ermənilər də bu reallığın fərqindədir. Rusiya Müdafiə Nazirliyinin məlumatı həm Ermənistana, həm də daxildəki ermənilərə açıq mesajdır. Rusiyanın 49 rus vətəndaşını Qarabağdan çıxarması da bu prosesin tərkib hissəsidir. Görünən odur ki, Moskva Azərbaycanın əliylə Ermənistanı cəzalandırmağa çalışır. Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfərində də bu məsələlərin müzakirə olunacağı şübhəsizdir. Ehtimal etmək olar ki, Azərbaycan rəhbərliyi Lavrovla Xankəndi məsələsini ciddi müzakirə edəcək. Nəzərə alaq ki, Azərbaycan-Ermənistan-Rusiya formatı ilə yanaşı, Azərbaycan-Ermənistan-Avropa İttifaqı və ABŞ platformaları da mövcuddur. Kreml üçtərəfli sazişləri önə çəkərək Bakı-İrəvan-Moskva formatının ən optimal variant olduğunu isbatlamağa çalışır".
C.Nuriyevin qənaətincə, hadisələrin gedişi Rusiyanın Ermənistanı cəzalandıracağını göstərir: "Təbii ki, söhbət bizə dəstəkdən, mövqelərimizin müdafiə olunmasından getmir. Amma ən azından atılacaq hansısa addımda Rusiya bizə mane olmayacaq, problem yaratmayacaq. "Xalq diplomatiyası" adı ilə Xankəndidə yaşayan ermənilərlə müəyyən təmaslar olub. Azərbaycan vətəndaşları sayılan ermənilərlə danışıqlar çoxdan gedir. Bu faktlar erməni blogerlər tərəfindən də bir neçə dəfə gündəmə gətirilib. Azərbaycan diplomatiyası bəhrəsini verməkdədir. Aparılan işlərin nəticəsi olaraq rəsmi Bakının mövqeyi Xankəndidə kifayət qədər güclənib. Rusiya və Ermənistan bu siyasətlə hesablaşmaq məcburiyyətindədir. Çünki Moskvanın Ruben Vardanyana etimadı özünü doğrultmadı. Qarabağda qondarma "liderə", erməniləri kiminsə təmsil etməsinə də ehtiyac yoxdur. Vətəndaşlıq almaq üçün minlərlə erməni Azərbaycan hökumətinə müraciət edib. Bir müddət sonra mülki ermənilər özləri separatçıları, silahlı quldurları qovacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət