Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri gecə ərzində ölkənin müxtəlif regionları üzərində 490 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Sherg.az xəbər verir ki, bu barədə cümə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 4-nə keçən gecə Rusiyanın 20 regionu, eləcə də Qara dənizin akvatoriyası üzərində düşmənə məxsus 500-ə yaxın pilotsuz aparatın qarşısı alınıb və onlar vurulub.
Sentyabrın 4-də, cümə günü səhər Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan daha 12 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib. Sutka başlayandan etibarən Moskva istiqamətində uçan artıq 35 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki mülki obyektlərə hücumlarına cavab olaraq, Rusiya qoşunları Ukraynanın hərbi infrastruktur obyektlərinə kütləvi zərbələr endirməyi davam etdirir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Çornomorsk limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi yüklə hərəkət edən quru yük gəmisini vurub.