Rusiya ordusu Xarkov vilayətinin ərazisində irəliləyərək Veliko Burluk istiqamətində Ukrayna qüvvələrini qismən dövlət sərhədindən geri çəkilməyə məcbur edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Qrupunun Kommunikasiya İdarəsinin rəisi Viktor Trequbov məlumat verib.
“Ukrayna qüvvələrini bir qədər sərhəddən uzaqlaşdıraraq, sərhəd tərəfdən müəyyən qədər dərinliyə irəliləyə biliblər. İrəliləmə çox dərin deyil, amma xeyli uzun məsafəni əhatə edir”, - Trequbov qeyd edib.
Onun sözlərinə görə, Rusiya hücumları bu istiqamətdə müəyyən müddətdir davam edir:
“Onlar gələcək hücum üçün dayaq nöqtələri yaratmağa çalışırlar - ya şimaldan Kupyansk, ya da Veliko Burluk istiqamətində”.
Qeyd olunub ki, buna baxmayaraq, Ukrayna ordusu Rusiyanın təzyiqini saxlamaqda davam edir. Veliko Burluk Xarkov vilayətində cəbhənin ən gərgin sahələrindən biridir. Rusiya ordusu burada əvvəlki hücum cəhdlərinin uğursuzluğundan sonra mövqelərini yaxşılaşdırmağa çalışır.