
Rusiya Qərbin sanksiyalarına öyrəncəlidir -ŞƏRH
Yusif Nəzərli
07:30 25.02.2025
Dünya
457
Aİ-nin 16-cı sanksiya paketi də bu baxımdan bir yenilik deyil
AB-nin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib. TASS-ın yaydığı məlumata görə, sanksiya siyahılarına 48 fiziki və 35 hüquqi şəxs daxil edilib:
"Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistan da daxil olmaqla 53 şirkət sanksiyalara məruz qalıb. Rusiyanın “kölgə donanması”na aid 74 gəmiyə məhdudiyyətlər tətbiq edilib. AB bu cür gəmilərin sahiblərinə və Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən və ya ondan faydalananlara qarşı sanksiyalar tətbiq edəcək. Rusiyanın 8 media orqanının da Avropada yayımı qadağan edilib. Rusiyanın 13 bankının SVİFT ödəniş sisteminə girişinə qadağa qoyulub. AB Rusiyaya neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edib. Avropa şirkətlərinə Rusiyanın bəzi limanları və hava limanları ilə əməliyyatlar qadağan edilib".
Bununla da, müharibənin üçüncü ildönümümdə Avropa rəsmiləri Moskvaya daha bir siqnal göndərmiş oldular: iqtisadi təzyiqin sonu görünmür.
Rusiyaya qarşı sanksiyaları dəyərləndirən millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, Avropa Birliyi Rusiyaya qarşı 16-cı sanksiyalar paketində Rusiyadan alüminiumun idxalının dayandırlması və neft məhsullarını daşıyan gəmilərə sanksiyaların tətbiq edilməsi kimi qadağalar yer alıb:

"Təbii ki, tətbiq olunmuş hər bir sanksiya paketi Rusiya iqtisadiyyatında müəyyən çətinlik yaradır. Lakin Rusiya artıq Qərbin sanksiyalarına adaptasiya olunub və Aİ-nin 16-cı sanksiya paketi də bu baxımdan bir yenilik deyil. Aİ ölkələri Rusiyaya sanksiyaları genişləndirməklə öz iqtisadiyyatlarını da çətin vəziyyətə salıb. Bu gün Avropa İttifaqı ölkələrində enerji daşıyıcıların qiymətləri kifayət qədər yüksəlib. Məhz Rusiyaya tətbiq olunan sanksiyalardan sonra Avropa İttifaqına daxil olan ölkələrin iqtisadiyyatılarında inflyasiya və geriləmələr baş verib. Bu baxımdan sanksiyaların tətbiqini çıxış yolu hesab etmirəm. Avropa İttifaqı sanksiyalar tətbiq etmək əvəzinə Rusiya ilə danışıqlar masasına oturmalı, Ukrayna müharibəsinin dayandırılmasına və ədalətli sülhə nail olunmasına çalışmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi geri döndü
20:25 18.02.2026
Futbol
KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır
20:08 18.02.2026
Gündəm
Rubio Raul Kastronun nəvəsi ilə gizli danışıqlar aparır
19:58 18.02.2026
Gündəm
Gürcüstan DTX-da dindirilən keçmiş nazir ölkəni tərk edib
19:46 18.02.2026
Gündəm
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual