
Rusiya-Ukrayna müharibəsinin durdurulması zamanın tələbidir -Ekspert
Yusif Nəzərli
02:23 27.02.2025
Dünya
450
Bu savaşın müvəqqəti olsa belə durdurulması, Trampın Ukraynanı qəfil dəstəksiz qoyma bəyanatından sonra vaxt uduşu üçün də vacibdir
Avropanın toparlanıb hərbi cəhətdən güclənməsi Ukraynanın hərbi təmini üçün önəmlidir
Ukrayna Ali Radası “Rusiya Federasiyasının təcavüzü kontekstində Ukraynada demokratiyaya dəstək haqqında Bəyanat”ı dəstəkləyib. Bəyanatın lehinə 268 deputat səs verib. Bununla da, Prezident Volodimir Zelenskinin səlahiyyətləri ölkədə hərbi vəziyyət bitənə qədər davam edəcək. Qeyd edək ki, bundan öncə Rada sözügedən layihəni təsdiqləməmişdi. Bundan əlavə Ukraynada prezidentə silahlı qüvvələri başqa dövlətlərə göndərmək hüququ verən qanun qəbul edilib. Həmin sənədin lehinə 267 deputat səs verib. Qanuna əsasən, hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin bölmələri “milli təhlükəsizliyin və müdafiənin təmin edilməsi, Ukraynaya qarşı silahlı təcavüzün dəf edilməsi və qarşısının alınması, onun suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə” digər dövlətlərə göndərilə və bu dövlətlərin ərazisində qala bilər. Hərbi vəziyyət dövründə hərbi bölmələrin digər dövlətlərə yönləndirilməsi barədə qərarı ölkə prezidenti verəcək.
ABŞ-nin Ukrayna ilə nadir metallara dair müqaviləsi 1 trilyon dollar dəyərində ola bilər. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib. O bildirib ki, bu, çox böyük bir işdir. Tramp qeyd edib ki, ABŞ Ukraynaya yardıma 350 milyard dollar xərcləyib: “Avropa pulunu geri alacaq, çünki kredit olaraq göndərib, biz isə onlara sadəcə 300 və ya 350 milyard verdik, dəqiq heç kim heç nə bilmir. Mənim bu sualıma cavab belə verə bilmirlər, amma çox güman ki, məbləğ daha çoxdur. İndi biz o pulu geri almaq istədiyimizi deyirik”. O vurğulayıb ki, Volodimir Zelenski müqaviləni imzalamaq üçün fevralın 28-də Vaşinqtona gəlməyi planlaşdırır. Qeyd edək ki, bundan öncə sazişin 500 milyard dollar dəyərində olacağı bildirilmişdi. Zelenski isə təhlükəsizlik təminatı verilmədiyi üçün sazişi imzalamaqdan imtina etmişdi.
Siyasi şərhçi, təhlükəsizlik üzrə ekspert İlqar Altay deyib ki, neçə müddət idi ki, Ukraynada prezident seçkiləri keçirilməsi irəli sürülürdü. Tramp və Putin də bunu tələb edirdi. Ekspertin sözlərinə görə, məqsəd Zelenskini vəzifəsindən kənarlaşdırmaq idi:

"Zelenski isə bəyan edirdi ki, Ukrayna Parlamenti (Rada) bunu istəsə, gedər. Ancaq 268 səslə Zelenskinin prezident səlahiyyəti müharibənin sonunadək saxlanıldı. Parlamentin qərarında Zelenskinin prezident postunda olması qanuni hesab edildi və müharibə vaxtı ölkədə şəffaf və azad, demokratik seçki keçirilməsi mümkünsüz hesab olundu. Belə bir qanuni əsas da, dünyanın əksər ölkələrinin konstitusiyasında yerini tapıb. İndi Zelenskinin prezident legitimiliyi rəsmi olaraq sual altından çıxdı. Almaniyada keçirilən seçkilərdə Ukraynayönlü Mertsin partiyası qalib gəlməklə Avropa da ciddi gücləndi. Avropanın Trampla münasibəti də getdikcə öz qaydasına düşür. Yəni Ukraynada müharibənin sülh yolla həllində həm Avropanın, həm də Ukraynanın iştirakı qətiləşir. Artıq Putin özü də son çıxışında sülh danışıqlarında bütün əlaqədar tərəflərin iştirakının olmasından danışdı".
İ.Altayın fikrincə, bu müharibədən, ABŞ-dən tutmuş, Rusiyayadək bütün tərəflərin yorulub, bezdiyi hiss olunur:
"Zənnimcə, Rusiya-Ukrayna müharibəsinin durdurulması zamanın tələbidir. Belə anlaşma tezliklə baş tuta bilər. Açıq deyək ki, bu savaşın hətta müvəqqəti olsa belə durdurulması, Trampın Ukraynanı qəfil dəstəksiz qoyma bəyanatından sonra vaxt uduşu üçün də vacibdir. Avropanın toparlanıb hərbi cəhətdən güclənməsi və Ukraynanın hərbi təmini üçün önəmlidir. Sülh danışıqlarında Türkiyənin də iştirakı mühüm amildir. Bəs, sülh sazişi hansı şərtlərlə baş tuta bilər? Bu sual məsələnin maraqlı tərəfidir. Zənnimcə, hərtərəfli iqtisadi, hərbi və s. kompleks saziş olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region