Rusiya və Qərb arasındakı Ukrayna toqquşması Çinin maraqlarına cavab verir -Politoloq
08:39 26.02.2025
Dünya
344
Tramp Çinin Rusiya-Ukrayna münaqişəsinin həllində iştirakında maraqlı olmayacaq
Rusiya-Ukrayna münaqişəsi beynəlxalq siyasətin ən mühüm məsələlərindən birinə çevrilib. Müxtəlif ölkələr bu münaqişənin nəticəsində öz maraqlara təmin etməyə çalışırlar. Çin, bu məsələdə həm geosiyasi, həm də iqtisadi maraqlarını nəzərə alaraq mühüm oyunçulardan biri olaraq diqqət mərkəzindədir. Çin, dünya ticarətindəki mövqeyini qorumaq, eləcə də geosiyasi balansda üstünlük əldə etmək üçün Rusiyanı dəstəkləyən, amma digər tərəfdən Qərblə münasibətlərini də diqqətlə idarə edən strategiyadan çıxış edir. Bu prosesdə isə Trampın xarici siyasətinin Çinə qarşı yönəlməsi, münaqişənin həlli məsələsində Çin və digər beynəlxalq aktorların rolu ilə bağlı yeni məsələlərin gündəmə gəlməsinə səbəb olur.
Politoloq Sultan Zahidov Sherg.az-a açıqlamasında Çin və digər güclərin bu münaqişədəki mövqelərindən və gələcək perspektivlərindən söz açıb:
"Çin Rusiya-Ukrayna məsələsində maraqlı tərəflərdən biridir. Rəsmi Pekin bir tərəfdən çalışır ki, dünya ticarətindəki rolu axsamasın, məhsulları bütün bazarlara sağlam şəkildə giriş etsin və həmin bazarlarda istehlak olunsun. Digər tərəfdən isə geosiyasi olaraq Rusiya və Qərb arasında, Ukrayna üzərindən olan toqquşma Çinin maraqlarına müəyyən qədər cavab verir. Çünki bu toqquşmada Rusiya, eləcə də Qərb zəifləyir. Bu da Çin üçün daha çox irəliləmək və öz rəqiblərini önləmək üçün bir fürsətdir".
Politoloq Çinin Rusiya-Ukrayna hərbindəki sülhdəki iştirakı məsələsinə də toxunub:
Təxminən 2 il öncə Çin münaqişənin həlli ilə bağlı 10 maddəlik plan irəli sürdü. Bu plandakı maddələrin heç biri Ukraynanın maraqlarını təmin etmədiyinə görə Zelenski bu plana bir mənalı şəkildə qarşı çıxdı. Həmin vaxtdan Çinin bu prosesdəki iştirakı nisbətən zəyifləyib.
Trampın xarici siyasətində əsas pirioritet məsələsi Çinə fokuslanmaqdır. ABŞ Ukrayna hərbindən qısa zamanda çıxaraq əsas diqqətini Çinə yönləndirməyə, onun mühasirəsinə, zəiflədilməsinə istiqamət alacaq. Bu baxımdan Si Tsinpinlə Putin görüşəndə o, Putindən bununla bağlı izahat istədi. Putin də bu məsələləri Si Tsinpinlə ətraflı şəkildə danışmış oldu".
Ekspert Trampın Çinin Rusiya-Ukrayna münaqişəsinin həllində iştirakında maraqlı olmayacağını söyləyib:
"Qeyd etdiyim kimi Trampın özü bu münaqişəni bitirməyə çalışır. Çünki münaqişəni bitirən tərəf güclü tərəf və mövqeyi daha qüvvətli tərəf olacaq. İkinci tərəfdən isə Çinin zəiflədilməsi istiqamətində də addımlar atmaq üçün Ukrayna bataqlığından çıxmaq lazımdır. Belə olduqda Tramp heç bir halda imkan verməz ki, Çinin burada hər hansısa bir rolu təmin edilmiş olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region