Şahzadə Harri niyə Diananın məzarına yaxın yaşamayacaq? - SƏBƏBİ BƏLLİ OLDU

Şahzadə Harri və Meqan Marklın ABŞ-dan İngiltərəyə qayıtmasından sonra cütlüyün harada yaşayacağı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Sherg.az xəbər verir ki, məlumata görə, Harri və Meqan İngiltərənin məşhur Kotsvolds bölgəsində məskunlaşmağı planlaşdırırlar. Cütlüyün kral ailəsinə məxsus iqamətgahlardan birində yaşaması isə gözlənilmir.

Harrinin anası, mərhum Şahzadə Diana Altorp malikanəsinin ərazisində dəfn olunub. Buna görə Harrinin anasının məzarına yaxın ev seçəcəyi gözlənilsə də, o, bu variantdan imtina edib.

Mənbələr Harrinin Diananın məzarına hər gün yaxın olmağın onun üçün emosional baxımdan ağır ola biləcəyini düşündüyünü bildirirlər. Bununla belə, Harri övladları Arçi və Lilibetin ana tərəfdən ailələrini tanımasını və Spenser ailəsi ilə əlaqə qurmasını istəyir.

Qeyd edək ki, Diana 31 avqust 1997-ci ildə Parisdə avtomobil qəzasında həyatını itirib. Harri həmin vaxt cəmi 12 yaşında idi.