Serbiyada minlərlə adam etiraz aksiyası keçirib
Yusif Nəzərli
21:57 01.02.2025
Dünya
397
Serbiyada minlərlə insan paytaxt Belqraddan sonra ölkənin ikinci böyük şəhəri olan Novı Sadda etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, əsasən tələbələrdən ibarət olan nümayişçilər şəhərdən keçən Dunay çayı üzərindəki üç körpüyə toplaşıb, nəqliyyatın hərəkətini dayandırıblar. Etirazçılar ötən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəzadan 3 ay keçməsi ilə əlaqədar bu addım atıblar. Nümayişçilər axşam saatlarında şəhər meydanına toplaşıb, insidentsiz dağılıblar.
Novı Sad dəmiryolu vağzalında faciə Serbiyada gündəmi formalaşdırmaqda davam edir. Hadisədən ötən dövr ərzində, eləcə də etiraz aksiyaları başlayandan bəri tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, daxili və xarici ticarət naziri Tomislav Momiroviç, Baş nazir Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriçin istefa veriblər. Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin yenidən formalaşdırılacağını bildirib.
Aleksandar Vuçiç ötən günlərdə etirazçıların bütün tələbələrini yetirib, o cümlədən Belqraddakı aksiya zamanı saxlanılan 13 nəfərin əfv olunması barədə qərar qəbul edib. Yaxın günlərdə ölkədə seçkilər keçirmək və ya yeni hökumətin formalaşdırılması barədə qərar qəbul olunacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya