
Səslər tutulur: Rusiya qələbənin yeganə favoritidir
05:49 21.11.2024
Dünya
388
Bayden Trampa çox ağır miras qoyub gedir
Raket razılaşması Rusiyanın Ukraynadakı irəliləyişlərinin qarşısını ala biləcək səviyyədə deyil
ABŞ hərbi yardımı azaldarsa, Ukrayna məğlub ola bilər. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, hər şeyə rəğmən, mübarizə aparmağa davam edəcəklər: "Öz istehsalımız var, amma qalib gəlmək üçün kifayət etmir. Düşünürəm ki, bu, sadəcə salamat qalmaq üçün yetərli deyil. ABŞ-nin bir qərarı olarsa, nə düşünəcəyimizi müəyyən edəcəyik”. Ukraynada müharibənin 1000-ci günündə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Bu qərar Kiyevin Rusiya ərazisində ilk dəfə uzaqmənzilli raketlərdən istifadə etməsinə cavab kimi dəyərləndirilir. Yenilənmiş doktrinada Rusiyaya qarşı hər hansı təcavüzün Kreml tərəfindən bütün koalisiyanın ona qarşı təcavüzü kimi qiymətləndirildiyi məqam da var. Doktrinanın əvvəlki variantında nüvə zərbəsi yalnız dövlətin mövcudluğuna təhlükə yarandıqda nəzərdə tutulurdu. Yenilənmiş versiya suverenlik və ya ərazi bütövlüyü üçün kritik təhlükə təşkil edən təcavüzə cavab verməyə imkan yaradır. Məlumat üçün əlavə edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynanın Rusiya ərazilərinə raket zərbəsi endirməsinə razılıq verib.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ukrayna Rusiyanın arxa cəbhə dərinliklərinə raketlərlə zərbə endirsə belə, bu, Ukraynanın ərazisindəki Rusiyanın nəzarət zolağına əhəmiyyətli təsir göstərməyəcək. Onun sözlərinə görə, Rusiyaya məhdud səviyyəli zərbələr endirilməsi üçün icazə verilməsinin məqsədi sadəcə Kurskda vəziyyəti donmuş cəbhə xətti kimi saxlamağa nail olmaqdır:

"Lakin bu, Rusiyanın Ukraynadakı irəliləyişlərinin qarşısını ala biləcək səviyyədə deyil. ABŞ "xüsusi və məhdud” döyüş sahəsi effekti yaratmaq məqsədilə Ukraynaya icazə limiti tətbiq edir, lakin bu, müharibənin gedişatını dəyişə bilməyəcək. ABŞ, Böyük Britaniya və Fransanın məqsədləri Şimali Koreyanın Ukraynaya qarşı qoşun yerləşdirilməsinin genişlənməsini sarsıtmaq niyyətindədir. Rusiya və Şimali Koreya NATO-nun genişlənmə siyasətinin Avropa səhnəsinə qarşı çıxaraq prosesə müttəfiq kimi daxil olur. Bu, gələcəkdə Rusiya-Çin-Şimali Koreya-İran dördlü ittifaqının NATO əleyhinə aqressiv tərəfdaşlıq müstəvisini stimullaşdıra bilər".
A.Kərimovun fikrincə, Co Bayden administrasiyasının, Böyük Britaniya ilə Fransanın Ukraynaya izn verməsi Donald Trampın daha təhlükəli qlobal situasiyaları miras alacağını deməyə əsas verir:
"Yəni Tramp Rusiya ilə müzakirə kanallarına üstünlük versə də, o, Şimali Koreya, Çin və İranın Avropadakı iştirakına göz yummayacaq. Bununla da, ABŞ-Rusiya əlaqələrindəki mübahisələr yeni kontekstdə alovlanacaq. Eskalasiya riskləri vəziyyətin Asiya-Sakit Okeanı regionuna daşınmasını sürətləndirəcək və ABŞ bu regionda ən çox Çinlə üz-üzə gələcək. Belə olduğu təqdirdə ABŞ Çin ilə müzakirə masasında Tayvanı "qurban verə" bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya