
Suriya bir neçə yerə parçalanacaq - General Yücel Karaüz
Yusif Nəzərli
03:09 07.12.2024
Dünya
585
Türkiyə bölgədə, qonşularında qeyri-sabitliyin və gərginliyin olmasında maraqlı deyil
"Əsədlə görüşmək istədik, amma müsbət cavab almadıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı son proseslərlə bağlı danışarkən deyib. Ərdoğan bildirib ki, İdlib, Həma, Xüms və hədəf təbii Dəməşqdir: "Suriyada müxalif qüvvələrin bu yürüşü davam edir. Ümid edirik ki, bu yürüş problemsiz bir şəkildə davam edəcək". O həmçinin qeyd edib ki, bir müddət əvvəl Bəşər Əsədə çağırış ediblər:
"Gəlin Suriyanın gələcəyini birlikdə təyin edək” dedik, təəssüf ki, bu mövzuda müsbət cavab ala bilmədik". Qeyd edək ki, silahlı hücumlara rəhbərlik edən “Heyət Təhrir əş-Şam” Hərəkatı artıq paytaxt Dəməşqi şimal və sahil boyunca birləşdirən yolun kəsişmə nöqtəsi olan Xümsə daxil olub. Müxaliflər bundan əvvəl ardıcıl hücumlarla Hələb və Həma şəhərlərini ələ keçiriblər. Dəməşqə doğru irəliləyən “Heyəti Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının Bəşər Əsəddən sonra hansı mövqedə olacağı da müzakirə mövzusudur. Qruplaşmanın lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyəti Suriya Keçid Hökumətinə təhvil verməyə hazırdırlar: "Önümüzdəki həftələrdə HTŞ də daxil olmaqla, bütün silahlı döyüşçülərə mülki əraziləri tərk etmə təlimatı veriləcək. Şəhərdəki bürokratlar öz işlərini davam etdirmək üçün dəvət olunacaqlar. Şəhərin fərqli sosial və mədəni normalarına uyğun olaraq müsəlmanlar kimi, xristianlara da hörmət ediləcək". Türkiyə mediası yazır ki, müxaliflər bu müddət ərzində Hələbin ölkənin yeni paytaxtı ola biləcəyini bildirirlər.

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karaüz "Sherg.az"a açıqlamasında deyib ki, Suriyadakı olaylar 13 ildir fərqli müstəvilərdə davam etməkdədir. Generalın sözlərinə görə, Suriyada yaşananlar səbəbi ilə təxminən 7-8 milyon suriyalı qaçqın vəziyyətinə düşdü və onların bir qismi Türkiyəyə, digərləri isə ərəb ölkələrinə getmək məcburiyyətində qaldılar:
"Hazırda Suriya mərkəzi hökumət də daxil olmaqla bir neçə yerə parçalanmış durumdadır. Rejim Suriyanın bütün ərazilərinə nəzarət etmək imkanında deyil. 9 ildir rejimin nəzarətində olan Hələb şəhəri, Həma, Xüms bölgələri artıq müxalif qrupların əlindədir. Son dönəmdə regionda və dünyada dəyişən geosiyasi vəziyyət, Rusiyanın və İranın təsir gücünün azalması səbəbi ilə bir-birindən fərqli qruplaşmalar, təxminən 10 müxalif qrup yenidən aktivləşib. Onların içərisində Suriya Milli Ordusu və HTŞ daha güclü mövqeyə sahibdir. Bu dəstələr Tel-Rifat bölgəsini həm rejimin hərbi gücündən, həm də PKK, PYD ünsürlərindən təmizlədilər. Bu təmizlik, əslində. xaotik vəziyyət yaradır. Suriya müxalifləri arasında yer alan HTŞ həm ABŞ, həm BMT, həm də Avropa Birliyi və Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır. Bu baxımdan yeni düzəndə güc boşluğunun yaratdığı fəsadlar yeni qarşıdurma riskini də artırır".
Y.Karaüz vurğulayıb ki, Türkiyənin yanaşması Suriyanın ərazi bütövlüyünün qorunmasından ibarətdir: "Ankara son bir il ərzində Əsəd rejiminə davamlı şəkildə şərtsiz görüş təklifləri göndərib. Əfsuslar ki, bu təkliflər Əsəd rejimi tərəfindən qəbul edilməyib. Yaşananlar Suriyanın bölünməsinin başlanğıcı sayıla bilər. Artıq Suriyanın neçə yerə parçalana biləcəyi müzakirə mövzusudur. Türkiyə bölgədə, qonşularında qeyri-sabitliyin və gərginliyin olmasında maraqlı deyil. Xüsusən, PKK/PYD və digər terror qruplaşmaları Türkiyənin qırmızı xəttidir. Türkiyə bölgədə terrorçu qrupların yenidən fəallaşmamasını, yeni köç dalğasının yaşanmamasını istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz