Suriyanın taleyi masa üzərindədir, həll olunur - ŞƏRH
Yusif Nəzərli
10:41 07.12.2024
Dünya
433
İnsanlar Bəşər Əsəd rejimindən gördükləri işgəncə və müsibətin aradan qaldırılması uğrunda mübarizə aparırlar
“Suriya azadlığının necə olacağı, hansı formada təmin olunacağı isə ortaya çıxacaq gücün irəli sürəcəyi diktədən, nəticədən, plandan asılı olacaq"
"Suriyada baş verənlər Yaxın Şərqdə yaşanan proseslərin davamıdır. Bu, bir domino effektidir. HƏMAS zəifləyir, Hizbullah zəifləyir, ardınca Şam rejimi zəifləyir". Bu barədə politoloq Sədrəddin Soltan deyib. Ekspert bildirib ki, "Heyəti Təhrir əş-Şam"ın (HTŞ) ortalığa çıxması ilə bir növ "Taliban"ı xatırladır. Əfqanıstanda çoxsaylı hərbi qruplaşmalar, silahlı dəstələr var idi. Ortaya birdən "Taliban" çıxır. "Taliban" keçmiş cihadçılar, sovetlərə qarşı mübarizə aparmış ABŞ-nin xüsusi təyinatlılarının hazırladığı bir dəstədir. "Taliban" Əfqanıstanı bütövlükdə nəzarət altına alır. Bir növ HTŞ-nin davranışı da ona oxşayır. Çünki HTŞ-də həm ABŞ-nin təlimçiləri, həm də "Əl-Qaidə", İŞİD, "Ən-Nusra" və s. təşkilatlardan, siyasi-hərbi birləşmələrdən əmələ gəlmiş bir qruplaşmadır. Burada maraqların toqquşmasında Qərbin, Rusiya və Çinin marağı var. Çinin marağı zəifdir. Çin müharibə tərəfdarı yox, əməkdaşlıq tərəfdarıdır. Rusiya Suriyanın ərazi bütövlüyü və keçid hökuməti tərəfdarıdır. Yerdə sadəcə İran qalır. Domino daşları - HƏMAS, Hizbullah, Şam və Tehrandır. İranla Suriya arasında hərbi əməkdaşlığa dair çoxsaylı müqavilələr var. Hesab edirəm ki, perspektivdə hətta İran Şamı, yəni Bəşər Əsədi müdafiə etmək üçün ölkəyə açıq şəkildə ordu yeridə bilər. Bu, İranın Dəməşqdə sonunun başlanğıcı ola bilər. Həm də Qərbin maraqlarının həyata keçməsinin davamıdır. İsrailin təhlükəsizliyi Qərbin regionda maraqlarının təhlükəsizliyidir. Bu maraqlara mane olan yeganə tıxac İran və onun proksi qüvvələridir. Əslində, Bəşər Əsəd də İranın proksi qüvvəsidir. Şam İranın ikinci siyasi, dini-ideoloji mərkəzidir".
Analitik vurğulayıb ki, Suriyada Türkiyənin də maraqları var:
"Əgər İraqın şimalındakı kimi Suriyanın da şimalında "özünü idarəetmə" qurumu yaranarsa, bu, Türkiyənin ərazi bütövlüyünün təhdid olunmasıdır. Ona görə Türkiyə bu məsələdə oyunçudur. Suriya Azadlıq Ordusunu əvvəl olduğu kimi bu gün də dəstəkləməkdədir. Amma Suriya Azadlıq Ordusunun tərkibində türk vətəndaşları döyüşmür. Orada haqqı onillərdir tapdanan türkmənlər döyüşürlər. Bunu da heç kim gizlətmir. Prezident R.T.Ərdoğan hələ 10 il bundan qabaq qeyd etdi ki, Suriya Azadlıq Ordusu ABŞ ilə birlikdə yaradılıb. Əgər ərəblər Suriyanın azadlığı, Əsədin devrilməsi uğrunda mübarizə aparırsa, bu, Səudiyyə Ərəbistanın olmur ki? O zaman türkmənlər də mütləq Türkiyə hökumətinə bağlı olmalı deyil. Bu insanların hamısı Bəşər Əsəd rejimindən gördükləri işgəncə və müsibətin aradan qaldırılması uğrunda mübarizə aparırlar. Suriya azadlığının necə olacağı, hansı formada təmin olunacağı isə ortaya çıxacaq gücün irəli sürəcəyi diktədən, nəticədən, plandan asılı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz