ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ-lı iş adamı Cared Kuşner Moskvada Kremlə gəliblər.
TASS-ın məlumatına görə, Uitkoff və Kuşnerin olduğu avtomobil karvanını Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev müşayiət edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Prezident Vladimir Putin sentyabrın 5-də Moskvada səfərdə olan Uitkoff və Kuşnerlə görüş keçirəcək.(apa)