Türk ordusu hərbi əməliyyata başlayır – Şara razılaşdı
Yusif Nəzərli
07:28 05.02.2025
Dünya
269
Prezident Rəcəb Tayyib Ərdoğanla Suriyanın keçid hökumətinin prezidenti Əhməd əş-Şara arasında Ankarada baş tutan görüşdə region üçün həyati əhəmiyyətli məsələlər müzakirə edilib.
Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Bildirilib ki, müdafiədən infrastruktura, nəqliyyatdan enerjiyə qədər bir çox sahələrdə strateji tərəfdaşlıq haqqında qərar qəbul edilib.
Nəşrə daxil olan məlumata görə, aşağıdakı mühüm addımlar atılacaq:
1. Suriyanın hər bir vilayətinin yenidən qurulması ilə bağlı geniş hesabat hazırlanacaq;
2. Dəniz nəqliyyatı, limanların yenidən qurulması və istismarı, kontinental şelf üzrə də razılaşmalar əldə olunub;
3. Hərbi və mülki şəxsi heyətin hazırlığı PKK-nın işğal zonası, Xüms və Aralıq dənizi istiqamətində, Latakiya-Tartusda Türkiyə bazalarının yaradılması ilə paralel olaraq həyata keçiriləcək;
4. Mobil rabitə infrastrukturu Türkiyə şirkətləri və dövlət qurumları tərəfindən dəstəklənəcək;
5. Türkiyədən Dəməşqə gedən dəmir yolu bərpa olunacaq;
6. Hatay-Mersin-Latakiya-Tartus dəniz limanı dəhlizi xüsusi statusla işə salınacaq;
7. İŞİD-ə qarşı əməliyyat çox yaxında başlaya bilər. Bu çərçivədə Suriya hava məkanı rəsmi olaraq Türkiyə hərbi təyyarələri və PUA-larına açılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya
Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı
19:31 19.02.2026
Cəmiyyət
Üzərlik xəbərdarlığı Rusiyayla bağlı məsələdir - EKSPERT
19:28 19.02.2026
Gündəm
İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
18:59 19.02.2026
Siyasət
AZAL-dan Rusiyaya üzərlik aparanlara - Xəbərdarlıq
18:44 19.02.2026
Cəmiyyət
Kənan MM və Orxan Saffari polisə çağırıldı
18:37 19.02.2026
Cəmiyyət
Qubada məktəblini zorlamaqda şübhəli bilinən yeniyetmə SAXLANILIB
18:30 19.02.2026
Hadisə
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
18:24 19.02.2026
Hadisə
Kaya Kallas Rusiyaya qarşı TƏLƏBLƏR SƏNƏDİNİ təqdim etdi
18:07 19.02.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:00 19.02.2026
Dünya
Leyen Qrenlandiyaya gedir
17:53 19.02.2026
Dünya
Kartofu niyə qabığı ilə yemək daha faydalıdır?
17:46 19.02.2026
Sağlamlıq