
Türkiyə iki ölkə arasında sülhün təminatı üçün ilk gündən etibarən əlindən gələni edib -Hasan Oktay
09:14 17.02.2025
Dünya
565
Türkiyə ABŞ və Avropa ölkələri ilə birlikdə Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “TRT World” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ankara Ukrayna münaqişəsinin həllinə töhfə vermək üçün istənilən rolu oynamağa hazırdır.
“Biz Amerika administrasiyası və avropalılarla mümkün atəşkəs və sülh planının müxtəlif aspektləri üzərində işləyirik”, - nazir qeyd edib.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a deyib ki, Ukrayna böhranı dördüncü ilinə daxil olarkən, Donald Trampın ikinci dəfə prezident seçilmə ehtimalı atəşkəs və sülh ümidlərini gündəmə gətirdi:

"Tramp seçki kampaniyası müddətində Ukraynada sülh prosesini real edəcəyini vəd etmişdi. İndi isə bütün diqqətlər ona yönəlib. O, bir neçə gün əvvəl Vladimir Putinlə telefon danışığı aparıb və bu mövzunu müzakirə edib.
Əslində, Volodimir Zelenski Trampın seçilmək ehtimalını nəzərə alaraq, sülh danışıqlarında əlini gücləndirmək üçün Rusiyanın 1000 km²-lik ərazisini ələ keçirib, torpaq mübadiləsini danışıqlarda üstünlük əldə etmək üçün bir vasitə kimi istifadə etməyi planlaşdırırdı. İkinci Dünya Müharibəsindən sonra Sovetlərin nəzarətində qalan Şərqi Avropa ölkələri, xüsusilə Polşa, Tramp və Putinin bu danışıqlarından narahatdır. Çünki onların fikrincə, Rusiyanın imperialist niyyətləri hələ də davam edir. Digər tərəfdən Tramp, verdiyi vədləri yerinə yetirməklə yanaşı, həm də Ukrayna və Yaxın Şərq problemlərini həll edərək Çin strategiyasını həyata keçirmək istəyir. Bu gün Parisdə Ukrayna məsələsini müzakirə etmək üçün təcili bir toplantı keçirilir. Tramp, eyni zamanda, Avropa İttifaqına təzyiq göstərərək Ukrayna böhranının davam edəcəyi təqdirdə bu məsuliyyətin Avropaya düşəcəyini və silah-sursat təminatının Avropa ölkələri tərəfindən qarşılanmalı olduğunu vurğulamaq istəyir".
Şərhçi əlavə edib ki, Türkiyə, Qara dənizdə qonşu olduğu bu iki ölkə arasında vasitəçi olmaq və sülhü təmin etmək üçün ilk gündən etibarən əlindən gələni edib:
"İstanbulda təşkil edilən sülh danışıqları bunun ən bariz nümunələrindən biridir. Həmçinin, Türkiyənin gündəmə gətirdiyi və artıq bir ilə yaxındır tətbiq edilən taxıl dəhlizi, humanitar səbəblərlə həyata keçirilən mühüm addımlardan biri olub. Türkiyə NATO üzvü və Qərb ölkəsi kimi həm ABŞ və Avropa İttifaqı, həm də Rusiya ilə balanslı siyasət yürüdərək iki blok arasında mühüm rol oynayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen konfransında keçirdiyi ikitərəfli görüşlərdə ölkəsinin dünya sülhünə verə biləcəyi töhfələri ön plana çıxarıb. Xüsusilə, Ukrayna-Rusiya böhranının sülh yolu ilə həll edilməsi məsələsini ətraflı müzakirə edib. Ukrayna 2014-cü ildən əvvəlki vəziyyətə qayıtmaq istəyir, Rusiya isə ələ keçirdiyi ərazilərin öz nəzarətində qalmasını tələb edir. Putin, Zelenskinin hakimiyyətdən getməsindən sonra bəlkə də Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrə açıq ola biləcəyini bildirib. Bu şərtlər daxilində ABŞ, Putini Çinə qarşı mümkün əməliyyatlarda öz yanında saxlamaq istəyir. Bu gün Parisdə keçirilən və Zelenskinin iştirak etmədiyi bu görüşdən çıxacaq nəticə, gələcəkdə Ukrayna məsələsinin necə formalaşacağı baxımından həlledici olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya