Türkiyə Prezidenti: Məkkə Müdafiə İttifaqına gizli şəkildə etiraz edən ölkələr var

“Məkkə Müdafiə İttifaqına gizli şəkildə etiraz edən ölkələr var”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu ittifaqa açıq şəkildə etiraz edən çox az ölkə var, amma gizli şəkildə etiraz edən ölkələr də mövcuddur. Xüsusilə Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasındakı balans bir çox aktorun açıq şəkildə bu ittifaqı tənqid etməsini çətinləşdirir. Bu ittifaq regionumuzda sabitlik və təhlükəsizliyin təmin olunması üçün yaradılıb. Biz qardaşlarımızla birlikdə güclənərək öz yolumuza davam edəcəyik”, - dövlət başçısı bildirib.