Türkiyə Suriyada öz milli maraqlarını təmin etmək niyyətindədir -TƏHLİL
16:20 05.12.2024
Dünya
335
Hizbullah döyüşçüləri və İraqdakı iranyönlü şiə birləşmələr Suriyada müxalif qüvvələrə qarşı Əsəd rejiminin qüvvələrinə dəstək vermək məqsədilə onların sıralarına qoşulublar. Hazırda rejim qüvvələri ilə "Heyət Təhrir əş-Şam" arasında şiddətli döyüşlər davam edir. Bu münaqişə bölgədə gərginliyi daha da artırır və Suriyada vəziyyətin daha mürəkkəb xarakter almasına gətirib çıxarır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada vəziyyətin gərginləşməsi fonunda Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.
Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, qardaş Türkiyə Suriyada öz milli maraqlarını təmin etmək niyyətindədir:
"Prezident Ərdoğan dəfələrlə vurğulayıb ki, Türkiyənin əsas məqsədi bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasıdır. Bu çərçivədə o, hətta Bəşər Əsədlə görüş təşəbbüsü göstərmək istədiyini də bəyan edib. Lakin bu təşəbbüs bölgədəki mürəkkəb və ziddiyyətli maraqlar fonunda çox təhlükəli bir tendensiyaya işarə edir. Bölgədə müxtəlif dövlətlər və qruplaşmalar vətəndaş müharibəsindən istifadə edərək öz maraqlarını reallaşdırmağa çalışırlar.
Hər kəsə məlumdur ki, Ukraynada davam edən müharibə Rusiyanın qlobal təsir imkanlarını ciddi şəkildə zəiflədib. Bununla əlaqədar olaraq, bəzi dövlətlər Rusiyanın itirilən mövqelərini doldurmaq və öz geopolitik ambisiyalarını reallaşdırmaq üçün bölgədə fəallığını artırıblar".
Ekspert əlavə edib ki, bölgədə fəallaşan güc mərkəzlərinin rəqabəti Suriyada sabitliyi pozur və vəziyyətin daha da gərginləşməsinə səbəb olur:
"Əsas sual budur: bu rəqabət hansı istiqamətdə inkişaf edəcək və nə kimi nəticələrə gətirib çıxaracaq? Bunu zaman göstərəcək. Amma bir məsələ qətidir: bu mübarizədə qalib gələn tərəf yeni dünya nizamında daha çox söz sahibi olacaq. Türkiyə də öz milli maraqlarını təmin etmək və regional liderlik mövqeyini gücləndirmək üçün strateji yanaşma nümayiş etdirir ki, bu da onun bölgədəki təsir imkanlarını artırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya