Ukraynada İki yüksək vəzifəli şəxs istefa verdi - FOTO
Yusif Nəzərli
09:10 24.01.2023
Dünya
485
Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov istefa verib.
Onun istefasını artıq Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikov dəstəkləyib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Bildirilib ki, Vyaçeslav Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olub. O, qida xidmətlərinin satın alınması ilə bağlı ittihamlar kampaniyası nəticəsində Silahlı Qüvvələrin sabit qida təchizatına təhlükə yaratmamaq üçün işdən çıxarılmasını xahiş edib.
“Səsləndirilən ittihamların əsassız olmasına baxmayaraq, Vyaçeslav Şapovalovun istefa barədə müraciəti Avropa və demokratik siyasət ənənələrinə uyğun layiqli addımdır. Bu addım müdafiə maraqlarının istənilən vəzifə və kürsülərdən yüksək olduğunu nümayiş etdirir”, - deyə nazirliyin saytında qeyd edilib.
Xatırladaq ki, daha əvvəl Ukrayna mətbuatında yayılan xəbərlərdə bildirilirdi ki, Ukrayna Müdafiə Nazirliyi hərbçilər üçün məhsulları Kiyevdəki pərakəndə mağazalarından alına biləcəyindən iki və ya üç dəfə baha qiymətə əldə edir.
Həmçinin Baş prokurorun müavini Aleksey Simonenko da vəzifəsindən azad edilib.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.
“Baş prokuror Andrey Kostin baş prokurorun müavini Aleksey Simonenkonun öz xahişi ilə inzibati vəzifədən azad edilməsi haqqında əmr imzalayıb”, - deyə məlumatda bildirilib.
Xəbər verildiyi kimi, baş prokurorun müavini Aleksey Simonenko Prezident Volodimir Zelenskinin birbaşa qadağasına baxmayaraq İspaniyanın Marbelya şəhərində 10 günlük məzuniyyətdə olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya