Ukraynadakı dələduzluq çağrı mərkəzləri Rusiya bank sektoruna qarşı fəaliyyətin çətinləşməsi fonunda hücumlarını digər ölkələrin vətəndaşlarına yönəldirlər. Potensial qurbanlar arasında Avropa İttifaqında yaşayan rusdilli diaspor, o cümlədən ukraynalı qaçqınlar da var.
Sherg.az xəbər verir ki, bu barədə Sberbank idarə heyəti sədrinin müavini Stanislav Kuznetsov Şərq İqtisadi Forumu çərçivəsində RİA Novosti-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynadakı çağrı mərkəzlərinin fəaliyyəti yüksək olaraq qalır. Rusiya bank sektoruna qarşı işləmək çətinləşdikdən sonra dələduzlar hücumlarının coğrafiyasını genişləndiriblər.
Kuznetsovun sözlərinə görə, ilk növbədə Qazaxıstan, Özbəkistan, Baltikyanı ölkələrin vətəndaşları, eləcə də Aİ ölkələrində yaşayan rusdilli insanlar, o cümlədən ukraynalı qaçqınlar hədəfə çevriliblər.