Ukraynanın NATO-ya qoşulması qurumu birbaşa Rusiya ilə qarşıdurmaya sürükləyə bilər -Analitik
14:02 17.02.2025
Dünya
498
Münaqişə həll edildikdən sonra Rusiya atəşkəs rejimini pozarsa, Ukrayna avtomatik olaraq NATO-ya üzv ola biləcək.
Bu barədə "Quardian" məlumat yayıb.
Nəşrin məlumatına görə, bir qrup amerikalı senator Ukraynanın NATO-ya daxil olması məsələsini Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqələndirən plan hazırlayıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna, Rusiya ilə davam edən müharibə şəraitində NATO-ya üzvlük məsələsini gündəmə gətirib. Prezident Volodimir Zelenski, əgər Ukrayna NATO-ya qəbul edilməsə, ABŞ-dan ordu quruculuğu üçün əhəmiyyətli dəstək istədiyini bildirib. O, bu dəstəyi "Plan B" olaraq, gələcəkdə Rusiya təcavüzlərinin qarşısını almaq üçün nəzərdə tutub. Zelenski, NATO üzvlüyünün ən effektiv və sərfəli yol olduğunu vurğulayıb, lakin bəzi NATO üzvləri, o cümlədən ABŞ, hazırda Ukraynanın üzvlüyünü dəstəkləmirlər.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a söyləyib ki, bu cür məlumatları ciddi qəbul etmir:
"Ukrayna ərazi bütövlüyü problemi ilə üzləşdiyi bir vaxtda onun NATO-ya üzvlüyü alyansa əlavə yük yarada bilər. NATO-nun əsas prinsiplərindən biri odur ki, üzv dövlətlərdən birinə hücum edildikdə, bu, bütün alyansa qarşı təcavüz kimi qiymətləndirilir və kollektiv müdafiə mexanizmi işə düşür. Bu baxımdan, Ukraynanın indiki vəziyyətdə NATO-ya qoşulması qurumu birbaşa Rusiya ilə qarşıdurmaya sürükləyə bilər.
Hazırda Ukraynanın bəzi əraziləri işğal altındadır. Əgər ölkə bu şəraitdə NATO-ya üzv olarsa, alyans onun ərazi bütövlüyünün bərpası üçün hərbi müdaxilə etməyə məcbur olacaq. Bu isə münaqişənin daha da gərginləşməsinə və beynəlxalq arenada yeni qarşıdurmaların yaranmasına səbəb ola bilər. NATO və Rusiya arasında birbaşa müharibə riski yüksək olduğundan, alyans Ukraynanın üzvlüyünə ehtiyatla yanaşır və bu məsələni açıq qarşıdurma səviyyəsinə çatdırmaq istəmir".
Ekspertin fikrincə, əslində Ukraynanın NATO-ya üzvlüklə bağlı məsələni ciddiləşdirməsi müharibənin əsas səbəblərindən biri olub:
"Zelenskinin bu məsələdəki israrlı mövqeyi Rusiya üçün qırmızı xətt idi və nəticədə münaqişə qaçılmaz oldu. Bununla belə, hazırkı vəziyyətdə Ukraynanın NATO-ya üzvlüyü nə siyasi, nə də hərbi baxımdan real görünmür. Çünki ərazi bütövlüyü tam təmin olunmamış bir dövlətin alyansa qoşulması NATO-nu tarixində ən mürəkkəb hərbi-siyasi dilemma ilə üz-üzə qoya bilər.
Buna görə də, Ukraynanın NATO-ya inteqrasiyası yalnız müharibədən sonrakı dövrdə, ərazi bütövlüyü təmin edildikdən və Rusiya ilə münasibətlər müəyyən diplomatik çərçivəyə salındıqdan sonra mümkün ola bilər. Hazırda isə bu proses qeyri-realist və riskli olaraq qiymətləndirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm