UNICEF: Haitidə uşaqlara qarşı cinsi zorakılıq 1000 % artıb
Yusif Nəzərli
21:52 07.02.2025
Dünya
339
Haitidə cinayətkar dəstələrin hökmranlığı uşaqlara qarşı cinsi zorakılığın dəhşətli dərəcədə - 1000% artmasına səbəb olub.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatında bildirilib.
UNICEF-in nümayəndəsi Ceyms Elder bildirib ki, Karib adası bir neçə ildir amansız bandaların əlində qalıb və onlar əhaliyə qarşı amansız davranırlar.
Təşkilatın məlumatına görə, 2023-cü ildən uşaqlara qarşı cinsi zorakılıq 1000% artıb, eyni zamanda paytaxt Port-o-Prensin 85 %-i bandaların nəzarətindədir. Bir milyondan çox uşaq daimi zorakılıq təhlükəsi altında yaşayır.
Elder alış-veriş üçün evdən çıxan və silahlı şəxslər tərəfindən ələ keçirilən 16 yaşlı qızın nümunəsini gətirib. Onu döyüblər, narkotik maddələrlə zəhərləyiblər və dəfələrlə zorlayıblar. Ailəsinin fidyə ödəyə bilməyəcəyini başa düşən banda onu bir ay saxladıqdan sonra buraxıb.
“Haitidə hədə-qorxu ilə pul tələb etmək üçün adam oğurluğu adi haldır. İndi qız digər onlarla qızla birgə yardım alan BMT sığınacağındadır”, – o deyib.
Hesabatda həmçinin qeyd olunub ki, ötən il Haiti qruplaşmalarının zorakılığı nəticəsində 5 600-dən çox insan ölüb.
UNICEF-in məlumatına görə, uşaqlar həmçinin, bəzən zorla, bandalara cəlb olunur. Təşkilat 8 yaşında olan banda üzvü uşaqlarla qarşılaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə