ÜST meymunçiçəyi virusu ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət elan edib
02:23 24.07.2022
Dünya
499
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinin dünyanın 50-dən artıq ölkəsinə yayılmasını nəzərə alaraq bu virusla bağlı “beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət“ elan edib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq qurumun Baş direktoru Tedros Qebreyesus virusla bağlı səhiyyə sahəsində ən yüksək xəbərdarlıq pilləsinin qüvvəyə mindiyini bildirib. Koronavirus pandemiyasından fərqli olaraq, meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyətin elan edilməsi təxirəsalınmaz praktiki nəticələr doğurmasa da, bu dəyərləndirmə üzv dövlətlərin hökumətlərini virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırır. Buraya səhiyyə işçiləri və dövlət qurumlarını məsələ ilə bağlı həssaslığını gücləndirmək, şübhəli hallar müəyyən edilərkən müvafiq tədbirləri görmək və eləcə də əhali arasında yoluxmadan qorunmaq üçün maarifləndirmə işini gücləndirmək daxildir.
T. Qebreyesus bildirib ki, indiyədək dünyanın 50-dan artıq ölkəsində meymunçiçəyinə yoluxanların hallarının sayı 16 mini ötüb. B ölkələrin əksəriyyətində əvvəllər meymunçiçəyinə yoluxma hallarına praktiki olaraq rast gəlinməyib.
2020-ci il yanvarın 30-da ÜST COVID-19-la bağlı beynəlxalq əhəmiyyətli fövqəladə hal elan edib. Meymunçiçəyi virusu ilə bağlı eyni qərarın koronavirus pandemiyasına oxşar tədbir və məhdudiyyətlərin tətbiqi anlamına gəlmir.
Qeyd edilməlidir ki, ÜST-ün fövqəladə hallar komitəsinin iyun ayında keçirdiyi növbədənkənar toplantısında meymunçiçəyi ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan olunmasını tövsiyə etməyib. Komitənin ikinci iclasında aparılan müzakirə və məsləhətləşmələri, eləcə də beynəlxalq ictimai sağlamlıqla bağlı yaranmış vəziyyəti nəzərə alaraq, ÜST meymunçiçəyi ilə bağlı beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou
Bloomberg: Putin Ukraynaya zərbələri gücləndirməyə hazırlaşır
02:32 27.08.2026
Gündəm