"Vahid Rusiya" IX çağırış Dövlət Dumasının sədri vəzifəsinə Vyaçeslav Volodinin namizədliyini irəli sürüb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedev bildirib.
O, prezident Vladimir Putinin Volodinin namizədliyini dəstəklədiyini açıqlayıb.
Qeyd edək ki, Volodin bu vəzifəni 2016-cı ildən bəri tutur.