Zaxarova: Ermənistan məhsullarını nə Avropada, nə də ABŞ-də heç kim gözləmir
Yusif Nəzərli
09:34 31.01.2025
Dünya
297
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə Ermənistandan ixrac 80% azalacaq və hətta orta müddətli perspektivdə itkiləri alternativ istiqamətlərlə əvəz etmək mümkün olmayacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin rəsmi statistikasına əsasən, Ermənistandan ixrac 2015-ci ildən başlayaraq, əsasən Rusiya istiqaməti hesabına 10 dəfə artıb: “Təkcə Rusiya ilə ticarət dövriyyəsi ötən il 12 milyard dollara yaxınlaşıb. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 3,4 milyard dollara çatıb. Bunlar humanitar yardım deyil, erməni istehsalçılarının vicdanla qazandıqları pullardır. Bu, Ermənistan iqtisadiyyatının inkişafı üçün stimuldur".
Zaxarovanın qeyd edib ki, rəsmi İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyən etmək hüququ var, bu, suveren dövlətin hüququdur. O, Ermənistanı belə qərarların praktik tərəfini həddindən artıq siyasiləşdirməyi və "ağ-qara"ya bölməyi nəzərdən keçirməyə çağırıb.
Rusiya XİN sözçüsü vurğulayıb ki, Ermənistan məhsullarını nə Avropada, nə də ABŞ-də heç kim gözləmir: “Razılaşın, gözləsəydilər, götürərdilər. Problem nədir? Əgər bu qədər kömək etmək istəyirlərsə və məhsullar bu qədər əvəzolunmazdırsa, onda bəs niyə götürmürlər? Onları indiyə qədər götürərdilər!”.
Zaxarova həmçinin xatırladıb ki, 2024-cü ildə Ermənistanın Aİ və ABŞ ilə ticarəti əhəmiyyətli dərəcədə azalıb, Rusiya ilə ticarət dövriyyəsindən təxminən 6 dəfə az olaraq qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə