
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir -AKTUAL
Yusif Nəzərli
05:03 07.02.2025
Dünya
492
Yaxın zamanlarda Ermənistana qarşı İran və Rusiyanın ciddi təsirlərini müşahidə edə bilərik
"Zəngəzur dəhlizi məsələsi 10 noyabr bəyanatında razılaşdırılıb. Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə bu məsələ haqda razılığa gəlinib. Ona görə də bu barədə müzakirələr aparılır".
Bu barədə Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında deyib.
Ekspert bildirib ki, dəhliz məsələsi üçtərəfli qaydada danışılıb və razılıq əldə edilib:

"İrəvanın məsələni mümkünsüz hala gətirməsindən belə çıxır ki, Ermənistan "quyruğu qapı arasında qaldığı" üçün müharibəni dayandırmaq üçün söz verib. İndi də Qərblə münasibətləri sıxlaşdırandan və ABŞ ilə müəyyən sənədlər imzalayandan sonra Zəngəzur dəhlizindən imtina edir. Əlbəttə, Rusiyanın narahat olması Azərbaycan naminə yox, öz maraqları üçündür. Bu narahatlıq son zamanlar Ermənistanın Qərbə daha çox yaxınlaşması ilə bağlıdır. Vaxtilə Rusiya Azərbaycana qarşı da eyni addımları atıb. Rusiya mediasında Qarabağ "Ermənistan ərazisi" kimi, yaxud "Artsax" adı ilə qeyd edilib. Xankəndi şəhəri "Stepanakert" şəklində yazılıb. Ermənistanın indi Rusiyaya nota verməsi anlaşılan deyil. Amma Rusiyanın mövqeyini izah etmək olar. Moskva açıq formada Ermənistana demək istəyir ki, Qərbə doğru getdikcə ona qarşı təzyiqləri artıracaq. Ermənistan isə Qərbə nümayiş etdirməyə çalışır ki, onlara sadiqdir və ikili standartlarla siyasət yürütmür".
Siyasi şərhçi vurğulayıb ki, bu cür davam edərsə, Rusiya-Ermənistan arasında münasibətlər kəskinləşəcək:
"Hətta Ermənistanın İranla da münasibətlərinin pisləşməsi gözlənilir. Bunun nəticəsində Qərb, Rusiya və İran arasında qalan Ermənistanı daha ciddi müdafiə etməyə məcbur olacaq. Zəngəzur dəhlizinin açılması isə gərginləşməyə doğru gedən münasibətləri qarşılıqlı maraqlar naminə düzəldə bilər. Amma buna İran da razı deyil. Odur ki, Ermənistanla Rusiya və İran arasındakı kəskinləşən münasibətlərdən Azərbaycan faydalana bilər. Rusiyanın təyyarəmizi vurması ilə bağlı məsələlər Azərbaycanın tələblərinə uyğun olaraq həllini taparsa, Zəngəzur məsələsində Ermənistanı buna məcbur etmək mümkündür. İranın bu məsələyə etirazını da Rusiyanın təzyiqi ilə dəf etmək mümkündür. Ancaq öncə Rusiyanın Azərbaycan təyyarəsinin vurulması ilə bağlı məsələdə həqiqəti etiraf etməsi və tələbləri qarşılaması lazımdır. Zəngəzur dəhlizinin açılması mütləqdir. Sadəcə burada Rusiya və Qərb hərəsi öz nəzarətinin olmasını istəyir. Əsl rəqabət onun uğrundadır. Ermənistan isə Qərbin, əsasən də ABŞ-nin öz ərazisində yerləşməsini istəyir. Yaxın zamanlarda Ermənistana qarşı İran və Rusiyanın ciddi təsirlərini müşahidə edə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə