“Mədəniyyət Nazirliyi yeni ədəbiyyat mükafatının əsasnaməsini və hüquqi tərəflərini demək olar tamamlayıb və aidiyyəti üzrə təqdim edib”.
Bunu APA-ya müsahibəsində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə deyib.
“Bu mükafat dünyadakı “Buker” mükafatının Azərbaycan versiyası kimi çıxış edəcək. Yeni mükafat ölkəmizdə ədəbiyyatın inkişafına ciddi təsir göstərəcək”, – şöbə müdiri bildirib.