Əlisəmid Kürün müayinəsinə əlavə həkim cəlb olunacaq

Həyat yoldaşımın səhhəti ağır olaraq qalır. Bu gün onun müayinəsi üçün xəstəxanaya başqa həkim gətiriləcək.
Bunu Teleqraf-a açıqlamasında şair Əlisəmid Kürün həyat yoldaşı Mətanət Mehdiyeva deyib.
O, bildirib ki, şairin müalicəsi Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.
Daha sonra özəl tibb müəssisəsindən Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olundu.