Şair Əlisəmid Kürün səhhətindəki son durum açıqlandı

Həyat yoldaşımın səhhəti ağır olaraq qalır. Evdə müalicəsi davam edir.
Bunu Teleqraf-a açıqlamasında şair Əlisəmid Kürün həyat yoldaşı Mətanət Mehdiyeva deyib.
Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, Respublika Diaqnostika Mərkəzində və Respublika Klinik Xəstəxanasında müalicə olunduqdan sonra evə buraxılıb.