" Türk yurdu " nun fevral sayında - l Bakı Türkoloji Qurultayında nə baş verib ? 

Mərkəzi Ankarada yerləşən Türk Ocaqlarının mətbu nəşri "Türk yurdu " dərgisinin fevral sayı Türk tarixinin önəmli mərhələsi olan I - ci Bakı Türkoloji Qurultayının 100 - cü ilinə həsr olunub.

Bu barədə " Sherg.az" - a Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı məlumat verib. A.Aşırlı qeyd edib ki, dərginin yubley sayında azərbaycanlı tədqiqatçılarla yanaşı Türkiyə və Türk Dünyasının bur çox alimlərin , araşdırmaçıların elmi məqalələri çap edilib. 

A.Aşırlı bildirib ki, qələmə aldığı " Azərbaycan anadilli mıtbuatında l Bakı Türkoloji Qurultayı materialları " adlı məqaləsi dərginin bu sayında işıq üzü görüb. 

Qeyd edək ki, l Bakı Türkiloji qurultayı 1926 - cı ilin fevralın 26 - dan martın 6 - dək keçirilib. Türkiyə, İran və bəzi Avropa ölkələrindən , keçmiş Sovetlər Birliyindən 130 alim qurultayın işinə qatılıb, ərəb əlifbasının latın qrafikalı əlifba ilə dəyişdirilməsi, ortaq türk tarixi, etnoqrafiyası, arxeologiyası barədə məruzələr edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il Qurultayın 100 illiyinin keçrilməsi barədə sərənçam imzalayıb.