1800 metr yüksəklikdə “ağlayan gəlin” - 2 saata çatdılar

Muşun Karaağaçlı qəsəbəsində 1800 metr yüksəklikdə yerləşən zirvələr, yalnız ildə 15–20 gün açan və xalq arasında “ağlayan gəlin” kimi tanınan tərs lalələrlə rənglənib.

Sherg.az xəbər verir ki, endemik növ olan bu lalələri görmək üçün təbiət həvəskarları və fotoqraflar çətin dağ yolunu qət edərək təxminən 2 saatlıq dırmanışdan sonra zirvəyə çatıb. Ziyarətçilər bölgədəki mənzərənin unikal və valehedici olduğunu bildiriblər.

Trabzon və Samsundan gələn turistlər də tərs lalələri görmək üçün Muşa səfər etdiklərini, çətin yol olsa da mənzərənin buna dəyər olduğunu qeyd ediblər.

Məlumat üçün bildirilir ki, tərs lalələr çox qısa müddət -cəmi 15–20 gün canlı qalır və qoruma altında olan nadir bitkilər sırasındadır. Onları qoparmağın isə 2026-cı il üzrə 700 min TL cəriməsi var.

Əraziyə artan maraq səbəbindən jandarma qüvvələri bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib və ziyarətçilərə bitkilərə zərər verməmək barədə xəbərdarlıq edilib.