1913-cü ilin rekordu hələ də qırılmayıb! - Ən yüksək temperatur harada olub?
20:03 10.07.2025
Ekologiya
517
Qlobal istiləşmənin təsirləri hər keçən gün daha da yandırıcı hala gəlir. Tarixin tozlu səhifələrinə həkk olunan temperatur rekordları yenidən gündəmə gəlib. Uzun illər 58 dərəcə ilə rekord sahibi olduğu düşünülən Liviyanın göstəricisi etibarsız sayıldıqdan sonra dünyanın ən isti nöqtəsi yenidən Amerikaya qayıdıb. Bəs ,müasir dövrün ən etibarlı temperatur ölçmələri hansı bölgələrdə aparılıb?
Sherg.az xəbər verir ki, yer üzündə insan həyatını çətinləşdirən istilər zaman-zaman rekord səviyyələrə çata bilir. Ölçmə cihazlarının inkişafı sayəsində bu rekordlar artıq daha dəqiq şəkildə qeydə alınır. Ancaq bəzi tarixi məlumatlar hələ də müzakirə mövzusudur. Budur istiliyin sərhəd tanımadığı, dünyanın ən yandırıcı günləri...
Dünyada bu günə qədər ölçülmüş ən yüksək temperatur, 10 iyul 1913-cü ildə ABŞ-ın Kaliforniya ştatındakı "Death Valley" (Ölüm Vadisi) bölgəsində qeydə alınıb.
Furnace Creek stansiyasında qeydə alınan 56.7°C hələ də Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən rəsmi şəkildə qəbul olunan ən yüksək temperatur göstəricisidir. Lakin bu ölçmə illərdir mübahisə mövzusu olaraq qalır. Bəzi mütəxəssislər istifadə olunan cihazların etibarlılığını və ətraf mühitin qeydəalma üçün uyğun olub-olmadığını sual altına alır.
Uzun illər rekord sahibi olaraq göstərilən digər bir göstərici isə 13 sentyabr 1922-ci ildə Liviyanın Əl-Əziziye şəhərində qeydə alınmış 58.0°C istilik idi. Lakin bu ölçmə 2012-ci ildə WMO tərəfindən aparılan ətraflı araşdırma nəticəsində etibarsız sayıldı.
Buna səbəb isə ölçmə aparan müşahidəçinin təcrübəsizliyi, istifadə olunan cihazların standartlara uyğun olmaması və ətraf mühitin nəticələri çaşdırması idi. Beləliklə, 90 illik rekord rəsmi siyahılardan çıxarıldı.
Temperatur rekordları yalnız Amerika qitəsi ilə məhdudlaşmır. 2016 və 2017-ci illərdə Orta Şərq və Cənubi Asiyada da diqqətçəkən ölçmələr aparılıb.
Küveytin Mitribah bölgəsində 54.0°C, İraqın Bəsrə şəhərində 53.9°C və Pakistanın Turbat şəhərində 53.7°C temperatur qeydə alınıb. Bu göstəricilər də son illərdə planetin qızan üzünü göstərən mühüm nümunələr sırasındadır.
Mənbə: Ginnesin Rekordlar Kitabı, Elm
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya