
"Pulun var gələrəm" düşüncəsi: Gənclərimiz sevgini niyə maddiyata dəyişib? -AÇIQLAMA
12:49 16.08.2024
Cəmiyyət
584
Nə bilərdik ki, bir vaxtlar məşhur musiqili komediya filmimizdə - “O olmasın, bu olsun”da maraqla baxıb güldüyümüz “Pulun var, gələrəm” səhnəsi illər sonra həyat səhnəmizə çevrilib əvvəlki qəhqəhəmizi acı gülüşlə əvəzləyəcək. Müasir dövrümüzün utandırıcı nuanslarından biri də əksər qızların pullu, evi, maşını, vəzifəsi olan oğlan axtarması, beləsini tapmazsa, ailə qurmaq fikrində olmamasıdır. Bəs haradan qaynaqlanir bu istək və arzular? Bunları gənclərin beyninə kim yükləyir? Onlar nəyə əsasən belə qənaətə gəlirlər?..
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, bu gün qızların da, oğlanların da əksəriyyəti gözəl, insani xarakterdən çox, maddiyyata üstünlük verir:

“Çünki filankəs dəbdəbəli həyat yaşayır, mənim də olsun arzusu belələrini məhv edir. Bunun digər səbəbi isə sosial şəbəkələrdə bəzi gənclərin gözünü pərdələyən, başını gicəlləndirən videolardır. Onlar bu videolara baxdıqca özləri üçün də belə bir həyat arzulayır. Lakin anlamaqda çətinlik çəkirlər ki, bütün bunlar hər kəsdə ola bilməz, İkincisi isə bunlar əsasən real həyat yox, insanlara "like” toplamaq üçün təqdim olunan dəbdəbəli tamşadır. Maddiyyata görə evlənməyə namizəd seçmək qəti şəkildə düzgün deyil. Ölkəmiz boşanmaların sayına görə rekord göstəricidədir. Bunun səbəblərindən biri də bax, bu dəbdəbələr ilə gözləri qapanan gənclərdir. Bir-birinin xasiyyətinə bələd olmadan hansısa dünya malı, yaxşı, problemsiz yaşamaq üçün ailə quranlar, tez bir zamanda da ayrılmaq məcburiyyətində qalmalı olur. Buna görə də maddiyyata deyil, insanlığa, xasiyyətə, xarakterə üstünlük vermək lazımdır. “Dünya malı dünyada qalar”,- deyib ata-bablarımız. Bu, çox dəyərli deyimdir. İnsan sevdiyi-seçdiyi, gözəl keyfiyyətləri, tərbiyəsi olan insanla bir ömrü paylaşmalıdır. Var-dövlətə aldanmaq özünü aldatmaq və həyatından vaz keçmək deməkdir. Əsas məsələ qarşılıqlı anlaşmadır. pulu sonra da əl-ələ verib qazanmaq olar. Bu sahədə gənclər arasında maarifləndirmə işləri çox az aparılır. Aidiyyatı qurumlar yaxşı olar ki, qəflət yuxusundan oyanıb boşanmaların səbəblərini aydınlaşdırsın. Belə olan halda gənclərin maariflənməyə nə qədər ehtiyacı olduğunu anlaya biləcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya