Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Sherg.az verilən xəbərə görə, Quba və Qusarda arabir yağış yağır.

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 25, Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalanda 18, Şirvan, Culfada 17 m/s-yə çatır.