Türkiyə həftəsonundan etibarən Balkanlardan gələn sərin və yağışlı hava dalğasının təsirinə düşəcək.
Sherg.az xəbər verir ki, yağışların Trakyadan başlayaraq Mərmərə, Egey və İç Anadolunun qərbinə yayılacağı gözlənilir. Temperaturun xüsusilə qərb və daxili bölgələrdə 4-5 dərəcə azalaraq 20 dərəcədən aşağı düşəcəyi bildirilir.
İstanbulda yağışlı havanın 7-8 gün davam edəcəyi, temperaturun isə 15-18 dərəcəyə enəcəyi proqnozlaşdırılır. AKOM şəhərdə bəzi ərazilərdə güclü leysan və saatda 30-60 kilometr sürətlə şimal küləyi gözlənildiyini açıqlayıb.
CNN Türk-ün meteorologiya məsləhətçisi Orhan Şen də sakinlərə çətir və gödəkçələrini hazır saxlamağı tövsiyə edib.