Yeni infoqrafikada dünya üzrə ən güclü 30 çay orta su axınına görə sıralanmış şəkildə təqdim edilib.
Teleqraf xəbər verir ki, saniyədə 224 000 kub metr su axını ilə Amazon okeana tökülən dörd çayın ümumi cəmi qədər qədər su axıdır.
Əgər bunu nasos kimi təsəvvür etsək, hər saniyədə 83 ədəd olimpiya standartlarına uyğun hovuzu doldura bilərdi. Hətta ən quraq aylarda belə Amazon çayı elə həcmdə su daşıyır ki, digər iri çaylar yalnız ən yüksək daşqın dövrlərində buna çata bilirlər. Bu isə onun dünya hidrologiya sistemində unikal və nadir mövqeyini bir daha təsdiqləyir.
Siyahıda şübhəsiz çempion Cənubi Amerikadır, Asiya qitəsi də ilk onluqdadır. Qanq, Brahmaputra, Meqna, Yantszı, Yenisey və Lena çaylarının su axını saniyədə 18 000 kub metrdən çoxdur.
Hindistanda taxıl istehsalının suvarılmasından Çin sənayesində hidroenergetikaya qədər Asiyanın böyük çayları ərzaq və enerji təhlükəsizliyinin həyati arteriyaları olaraq qalır.
Afrika nəhəngi Konqo çayı isə ilk beşliyə daxil olan qitənin yeganə nümayəndəsidir, buradan saniyədə 41 400 kub metr su axır.
Şimali Amerikadakı Missisipi və Sen-Lorens çayları böyük hövzələrdə mülayim yağıntı ilə birlikdə təsiredici, amma nisbi olaraq daha mülayim su axını yaradır. Həmçinin, Avropadakı Volqa (Xəzər dənizinə tökülür red.) və Dunay da siyahıya daxildir ki, bunlar qitənin mülayim iqlimi, su anbarları və su resurslarının idarə olunmasının mürəkkəb şəbəkələrini əks etdirir.
Okeaniyada Flay, Mambraamo və Sepik çayları kiçik hövzələrinə baxmayaraq gözləniləndən daha yüksək göstəricilərə malikdir ki, bu da Yeni Qvineyanın güclü yağışlarından irəli gəlir. Bu, yerli iqlimin bəzən coğrafi xüsusiyyətlərdən üstün ola biləcəyini xatırladır.
Siyahıda Cənubi Qafqazın ən böyük çayı Kürün adı yer almayıb.