
Ekoloq-hidroloq: Kütləvi balıq ölümlərinə səbəb olan bir neçə amil mövcuddur
11:33 04.06.2025
Ekologiya
478
Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA), Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hər üç dövlət qurumunun mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Məhəmmədi kəndində göldə balıqların kütləvi ölümünü əks etdirən video görüntülər yayılıb.
Ekoloq-hidroloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında bildirdi ki, kütləvi balıq ölümlərinə səbəb olan bir neçə amil mövcuddur ki, onlardan biri evtrofikasiyadır:

“Bu proses zamanı su hövzəsində oksigenin miqdarı kəskin azalır, suyun temperaturu yüksəlir və nəticədə suda həll olmuş oksigenin səviyyəsi balıqların həyat fəaliyyətini dəstəkləmək üçün yetərli olmur. Bu, cür halların baş verməsi son illər iqlim dəyişmələri ilə əlaqədar dünyanın əksər göllərində baş verir. Qlobal temperatur artımı nəticəsində suyun istiləşməsi oksigenin suda həlletmə qabiliyyətini azaldır və balıqlar üçün əlverişsiz mühit formalaşır ki, bu da kütləvi ölümlərlə nəticələnə bilir. Evtrofikasiya prosesi, əsasən, azot və fosfor tərkibli maddələrin, o cümlədən məişət və kənd təsərrüfatı tullantılarının su hövzələrinə daxil olması nəticəsində yaranır. Bu maddələr su bitkilərinin xüsusilə yosunların həddindən artıq çoxalmasına, sonradan isə onların parçalanması zamanı oksigenin tükənməsinə səbəb olur. Əksər kənd yerlərində də balıqçılar elektrik cərəyanından və ya müxtəlif kimyəvi maddələrdən istifadə etməklə balıqların hərəkətliliyini məhdudlaşdırır və onları zəhərləyirlər. Bu da yaşayan canlıların kütləvi tələfatına səbəb ola bilər. Mövcud vəziyyətin səbəblərinin tam və obyektiv şəkildə müəyyən edilməsi vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya