
Ekoloq: Tozlu hava şəraiti sağlam və qeyri-sağlam insanlar arasında fərq qoymur
10:48 25.08.2025
Ekologiya
591
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.
Ekoloq Qorxmaz İbrahimli “Sherg.az”a bildirdi ki, tozlu hava şəraitinin əsas səbəbi hər il olduğu kimi ölkəyə şərqdən daxil olan hava kütlələridir:

“Bu hava kütlələri Türküstan səhralarından toz gətirir. Ümumiyyətlə, ölkəmizə tozlu hava daha çox cənubdan və xüsusilə şərqdən daxil olur. Bundan əlavə, yerli hava şəraiti də mühüm rol oynayır. Belə ki, Abşeron yarımadasında, xüsusilə Bakıda hava onsuz da kifayət qədər çirklidir və tozlu mühit mövcuddur. Bunun əsas səbəbləri şəhərin müxtəlif ərazilərində geniş yayılmış daş mədənləri və intensiv aparılan tikinti işləridir. Bütün bunlar tozlu hava şəraitinin birbaşa mənbəyidir. Müşahidə olunan bu vəziyyət bir neçə gün davam etdikdən sonra aradan qalxacaq. Lakin qeyd etmək lazımdır ki, tozlu hava insanların sağlamlığına ciddi mənfi təsir göstərir. O, xüsusilə bronxial astma xəstələri, ürək-damar xəstələri və ümumən tənəffüs sistemi zəif olan şəxslər üçün təhlükəlidir. Əslində, tozlu hava şəraiti sağlam və qeyri-sağlam insanlar arasında fərq qoymur və hər kəs üçün zərərli hesab olunur. Yəni, bu gün müşahidə olunan tozlu hava kütləsi şərqdən Türküstan istiqamətindən daxil olsa da, ümumi mənzərə dəyişmir. Bakıda demək olar ki, istənilən küləkli havada havadakı tozun miqdarı yüksəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat