Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya dövlətlərini Yaxın Şərqdə baş verən humanitar faciələrə qarşı laqeyd yanaşmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə o, çıxışı zamanı danışıb.
Ərdoğan bildirib ki, bölgədə uşaqların həyatını itirdiyi bir dünyada başqa məsələlərdən danışmağın mənası yoxdur.
“Altı yaşlı qızların 335 güllə ilə öldürüldüyü bir dünyada mavi dənizlərin olub-olmamasının nə fərqi var? Oyuncaqların qanla ləkələndiyi, uşaqların xəyallarının məhv edildiyi bir dünyada bunun nə əhəmiyyəti var?” – deyə Türkiyə lideri qeyd edib.
Onun sözlərinə görə, oxşar humanitar fəlakətlər İran, Yəmən və Somali də daxil olmaqla bir çox regionda müşahidə olunur.