Fransa İsrailə hərbi yardım aparan ABŞ təyyarələrinin öz hava məkanından keçməsinə icazə verməyib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
“Fransa İsrailə gedən və hərbi təchizatla yüklənmiş təyyarələrin öz ərazisi üzərindən uçmasına icazə verməzdi. Fransa uğurla məhv edilmiş “İran qəssabı” (Əli Xameneinin öldürülməsi – red.) məsələsində çox da yardımçı olmadı. ABŞ bunu unutmayacaq”, - o bildirib.