Yaponiyanın Kyuşu Universitetinin kampusunda şam ağacı üzərində aşkarlanan 1 millimetrlik qara uğur böcəyi elmə Parastethorus pinicola adı ilə yeni növ kimi daxil edilib.
Sherg.az xəbər verir ki, kəşf doktorant Ryota Sekinin diqqəti sayəsində mümkün olub.
Təxminən 1700 nümunənin araşdırıldığı üçillik tədqiqat Yaponiyada Stethorini qrupunun təsnifatını 50 ildən sonra dəyişib. Alimlər bildirir ki, tamamilə qara rəngli bu mikroskopik böcək ekosistemdə, xüsusən də kənd təsərrüfatında zərərvericilərə qarşı təbii tarazlığın qorunmasında mühüm rol oynayır.