İstanbulun nə qədər suyu qaldı? - Həyəcan artır

Mütəxəssislər deyir ki, yağıntıların artmaması halında İstanbulda su ilə bağlı ciddi problemlər yaşanacaq

İstanbulun su ehtiyatları ilə bağlı narahatedici göstəricilər açıqlanıb.

Sherg.az xəbər verir ki, 11 yanvar 2026 tarixli məlumata əsasən, şəhər üzrə ümumi anbarda doluluq səviyyəsi cəmi 20,11 faiz təşkil edir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə azdır.

Məlumata görə, bəzi əsas anbarlarda vəziyyət kritik həddə çatıb. Kazandere (4,28%) və Pabuçdere (4,7%) demək olar ki, boşdur. Alibey (12,14%), Terkos (15,72%) və Sazlıdere (13,23%) anbarlarında da su səviyyəsi təhlükəli dərəcədə aşağıdır.

Mütəxəssislər yağıntıların artmaması halında İstanbulda su ilə bağlı ciddi problemlərin yaşana biləcəyi barədə xəbərdarlıq edirlər. Şəhərin su təhlükəsizliyi baxımından yaxın aylar həlledici olacaq.