İyulun 20-dən sonra 44 dərəcə isti gözlənilir - Meteoroloq
14:46 17.07.2025
Ekologiya
462
İyulun 17-ə olan hava proqnozu açıqlanıb. Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-sı gündüz saatlarında dağlıq ərazilərdə (Xaltan , İsmayıllıda 1 mm-dək) qısa müddətli az yağış yağıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu azı 41 dərəcə selsidən çox olanda açıq şəraitli iş yerlərində işlər dayandırılmalıdır.
Son günlərdə havalar çox isti keçir. Havanın isti olması ürəyi zəif və açıq havada işləyən insanları narahat edir.
Lənkəran Dövlət Universitetinin baş müəllimi, meteoroloq Cavidan Əliyev “Sherg.az”a deyib ki, bu gün Bakıda havanın temperaturu 31 dərəcə təşkil edib, hazırda mülayim şimal-qərb küləyi əsir:
“Lakin regionlarda 36-38 dərəcəyədək qalxıb. Bu tsiklonun isti sektoru ilə bağlı olub. Lakin yaxın günlərdə Aralıq dənizi tsiklonun Şimali Qafqaza hərəkət etməsindən ölkə ərazisinin bəzi yerlərində, eləcə də Bakıda arabir güclənən şimal və şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu +30 +33 dərəcə təşkil edəcək.
Lakin ayın 20-dən başlayaraq güclü istilik dalğası Bakıda temperaturu 38-41 dərəcəyədək qaldıracağı, Aran rayonlarında isə temperaturun 40-44 dərəcəyədək şıddətlənəcəyi gözlənilir. Dağlıq rayonlarda 33-37 dərəcəyədək yüksələcək”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm