Naxçıvanda qarın hündürlüyü 3 santimetrə çatdı

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Teleqraf-a verilən məlumata əsasən, dekabrın 10-u axşam saatlarında da muxtar respublikanın dağlıq və dağətəyi zonalarında sulu qar və qar yağır.

Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 3 santimetr təşkil edir.