Ölkə ərazisinə Türkiyədən soyuq hava kütlələri daxil olub. Qarşıdakı günlərdə ölkə ərazisində hava kəskin soyuyacağı, temperaturun aşağı düşəcəyi gözlənilir.
Bu haqda “Sherg.az”a Lənkəran Dövlət Universitetinin baş müəllimi, meteoroloq Cavidan Əliyev məlumat verdi. C.Əliyev qeyd etdi ki, ölkə ərazisinə Türkiyədən siklon daxil olub:
“Həmin siklon Bakıda yağışın yağmasına və tədricən sulu qara keçməsinə səbəb olacaq. Çovğun olacağı gözlənilir. Gözəçarpan həm də güclü şimal küləyidir. Şimal küləyinin arabir 25-30 metr/saniyə güclənəcəi gözlənilir. Maksimal sürət bu qədər olacaq. 30 metr saniyə qasırğa sayılır artıq. Düzdür, bu, arabir olacaq. Amma yenə də çox təhlükəlidir”.