Bir çox insan bitkiləri təbii qoruyucu kimi görür. Bəzi bitkilərin mühitdəki stressi azaltdığına, nəzəri uzaqlaşdırdığına və evə rahatlıq gətirdiyinə inanılır. Bu düşüncə əsrlərdir müxtəlif mədəniyyətlərdə yaşamaqdadır. Bu gün isə enerjini tənzimlədiyinə inanılan bəzi çiçəklər xüsusilə seçilir.
Sherg.az o bitkilərdən bəzilərini təqdim edir:
1. Begoniya
Begoniya, ev şəraitində ən asan böyüyən bitkilərdəndir. Amma onu dəyərli edən təkcə dözümlülüyü deyil. Ezoterik inanclara görə, begoniya yerləşdiyi mühiti sanki filtr kimi təmizləyir. Mənfi düşüncələri və neqativ duyğuları neytrallaşdırdığı deyilir. Buna görə də iş gərginliyi və mübahisələrin çox olduğu evlərdə daha çox seçilir.
Ayrıca begoniya ailə içində ünsiyyəti yumşaltdığına, kəskin sözlərin təsirini azaltdığına və anlayışı artırdığına inanılır. Bəzi insanlar onu evin giriş hissəsində saxlayır, çünki xaricdən gələn mənfi enerjini içəri buraxmadığına inanırlar.
2. Çuxa çiçəyi
Zərif görünüşü və yumşaq rəngləri ilə diqqət çəkən çuxa çiçəyi bir çox mədəniyyətdə pis ruhları və neqativ enerjini uzaqlaşdıran qoruyucu bitki kimi qəbul edilir. Ənənəvi inanclara görə, evdə gərginlik, narahat yuxu və səbəbsiz əsəblilik olduqda çuxa çiçəyi mühiti sakitləşdirir.
Bəzi bölgələrdə ildırım çarpmasının qarşısını aldığına dair qədim inanclar da var. Həmçinin sevgi və harmoniyanı artırdığına, evdə emosional tarazlıq yaratdığına inanılır. Nəzərdən qorunmaq istəyənlər üçün isə çuxa çiçəyi sakit, amma güclü bir enerji qalxanı sayılır.
3. Gül
Gülün müsbət niyyətləri cəlb etdiyinə, pis düşüncələrdən və qısqanclıqdan qoruduğuna inanılır. Rəngləri ilə əhvalı yüksəldir, ətri ilə rahatlıq verir. Köhnə inanclara görə, gülün tikanları yalnız bitkini deyil, sahibini də qoruyur. Buna görə bir çox insan bağında gül yetişdirdikdə özünü daha sakit və güvənli hiss edir.
4. Yaşıl bitkilər və psixoloji təsir
Bitkilərin enerjini həqiqətən dəyişdirib-dəyişdirmədiyi elmi baxımdan müzakirə oluna bilər. Amma yaşayış məkanını gözəlləşdirdiyi, insanı emosional cəhətdən rahatladığı və güvən hissi yaratdığı danılmaz faktdır.
Üstəlik, bitkilərə qulluq etmək, su vermək, torpağını dəyişmək və onun böyüməsini izləmək insan psixologiyasına müsbət təsir göstərir, gündəlik həyatda sakitlik və balans hissi yaradır.
Turan