Təbiətdə nadir baş verən bir an - Səssizliyin hökmranı göründü

Sivasda nəsli tükənmək təhlükəsi altında olan və “təbiətin ruhu” kimi tanınan vaşaq görüntülənib.

Sherg.az xəbər verir ki, vaşaq qida axtararkən bir müddət ərazidə gəzib və sonra qışqırıb.

Nadir anlar Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi tərəfindən paylaşılıb.

Paylaşımda qeyd olunub:

"Təbiətdə nadir baş verən bir an. Səssizliyin hökmranı bəzən səslənir. Vaşağın qışqırığı təbiətin ən güclü əks-sədalarından biridir."