ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton hazırda İranın nüvə materiallarını ələ keçirmək üçün əməliyyat keçirmək ehtimalını nəzərdən keçirmir.
Bu barədə o, “CBS News” telekanalına verdiyi müsahibədə danışıb.
İranın zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması ilə bağlı suala cavab verən Prezident deyib: “Mən bu barədə heç düşünmürəm də”.
Tramp qeyd edib ki, nüvə materiallarının yerləşdiyi obyektlər çox dərin qatlarda yerləşir və onlara çıxış olduqca çətindir:
“Mən sadəcə bilirəm ki, onlar o qədər dərindədir ki, bu materialları əldə etmək hər kəs üçün çətin olacaq”.